Türkiyə Cumhuriyyəti Baş Nazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), İstanbul Sabahattin Zaim Universiteti (İZU), İqtisadi Resursların Öyrənilməsi Mərkəzi (SER) və İqtisadi Araşdırmalar və Tədris Mərkəzi (İATM) -ın  birgə təşkilatlıçılığı ilə  22-27 may 2016 -cı il tarixlərində "İslam bankçılığı" mövzusunda treninq keçiriləcək. Treninqi keçirmək məqsəd Azərbaycanda islam bankçılığı sahəsində mütəxəssislər hazırlamaqdır.