8-9 may 2017-ci il tarixlərində İqtisadi Resursların Öyrənilməsi Mərkəzi (SER) ilə Birləşmiş Ərəb Əmirliklərinin Əl-Huda İslam Bankçılığı və Maliyyəsi Mərkəzlərinin (Əl-Huda CİBE) birgə təşkilatçılığı ilə “İslam bankçılığı və maliyyəsi” mövzusunda Malayziya Maliyyə Akkreditasiya Agentliyinin sertifikatlı treyninqi keçirəcəkdir. Pakistanın Xeybər Bankının məsləhətçisi, AL-Huda CİBE-nin Şəriət Şurasının üzvü Qazi Abdul Samad "Faiz sisteminə yanaşma", "İslam iqtisadiyyat"ı," Ticarət modeli (Murabəha, Musavəma, Salam və İstisna)"," İslam mikromaliyyələşməsi", "İslam sığortası (Təkaful)"," İslam qiymətli kağızları (Sukuk)"," Risklərin idarə olunması" məsələləri üzrə məruzə ilə çıxış edəcəklər.Digər məruzəçi Al-Huda CİBE-nin icraçı direktoru Muhamməd Zubeyir Muğal isə İslam bankçılığı və Maliyyə İnstitutları, İslam bankçılığı və maliyyəsinə əsaslanan şəriklilik (Mudəraba, Muşərakə) mövzularında təqdimat edəcək.