16-17 sentyabr 2018-cı il tarixlərində “İslam Bankçılığı, Maliyyəsi və Sığortası (Təkafül)” üzrə xüsusi sertifikatlı treyninq (workshop) proqramı keçirələcək.

Treyninqlərin keçirilmə tarixləri: 14-15 sentyabr 2018-ci il – İslam bankçılğı və maliyyəsi,

16 sentyabr 2018-ci il – Körfəz ölkələrindən investisiyaların cəlb edilməsi,

17 sentyabr 2018-ci il – İslam sığortası (Təkafül).

Treyninqlərin müddəti:

İslam bankçılğı və maliyyəsi – 16 saat (2 gün saat 09:00-dan 18:00-a qədər)

Körfəz ölkələrindən investisiyaların cəlb edilməsi – 3 saat (yarım gün saat 18:00-dan 21:00-a qədər)

İslam sığortası (Təkafül) – 8 saat (1 gün saat 09:00-dan 18:00-a qədər).

Treyninqin məqsədi: Azərbaycanda islam bankçılığı, maliyyəsi və sığortası sahəsində mütəxəssislərin hazırlanmasıdır.

Treyninqin dili: İngilis (Azərbaycan dilində ardıcıl tərcümə təmin olunacaqdır)

Təlimçilər haqqında:

Muhammad Zubair Muğal

İslam Bankçılığı üzrə ekspert Birləşmiş Ərəb Əmirliyi

Al-Huda İslam İqtisadiyyatı və Bankçılığı Mərkəzinin direktoru

Əl-Huda İslam İqtisadiyatı və Bankçılığı Mərkəzinin idarəçi direktoru, İslam Mikromaliyyə Şəbəkəsi (İMFN) və Halal Araşdırma Şurasının baş icraçı direktorudur. Son 13 ildə İslam Bankçılığı və Maliyyəsi sahəsində İslam Maliyyə Mühəndisliyi, Modelləşdirmə, Məhsul Təkmilləşdirilməsi, Bazar və Aralıq təhlil üçün xidmətlər göstərmişdir. İslam Maliyyəsinin daha da tanınması üçün təhsil, araşdırma və konfranslar vasitəsilə əzmlə çalışır. İslam Bankçılığı və Maliyyəsi üzrə yayımlanan “True Banking” adlı jurnalın əsas redaktorudur. Jurnal Muhammad Zubairin İslam maliyyəsi üzrə strateji baxışlarını əks etdirir. Muhammad Zubair Muğal indiyə kimi dünyanın bir çox yerlərində İslam maliyyəsi üzrə özəl və dövlət qurumlarına məsləhət xidməti göstərir.

Qazi Abdul Samad

İslam Hüququ məsləhətçisi Pakistan Xeybər Bankı

İslam hüququ və mikromaliyyə üzrə yüksək təcrübəyə və dərin biliklərə malik peşəkar mütəxəssisdir. Hal-hazırda O, Pakistanın Xeybər bankında İslam hüququ məsləhətçisi vəzifəsində çalışır. Eyni zamanda Peşavar Universitetinin Menecment Fakultəsində İslam Maliyyə Sistemi üzrə mühazirələr də oxuyur. İndiyə kimi O, bir çox qurumlara İslam hüququ üzrə məsləhət və nəzarət xidmətləri göstərib. Çoxlu sayda məqalələrin müəllifi olaraq beynəlxalq konfranslarda bir sıra elmi işlərini təqdim etmişdir.

Tədbirin keçirilmə metodu: Treyninq müddətinin 70%-i mühazirələr, slayd-şou və multimedia təqdimatı, 20%-i qrup müzakirələri və təcrübə mübadiləsi, 10%-i fərdi və qrup işlərinin təqdimatları.

SERTİFİKAT: İştirakçılara dərslərin 80%-ni dinlədikləri halda Malayziya Maliyyə Akkredetasiya Agentliyinin Beynəlxalq dərəcəli sertifikatı veriləcəkdir.

Qeyd: Bu Sertifikat beynəlxalq səviyyədə tanınır.

Proqramın mövzuları:

Faiz və onun aradan qaldırılması

İslam İqtisadiyyatı

Azərbaycanda İslam Bankçılığı və Maliyyə sektoru

İslam bankçılığı və maliyyəsinə əsaslanan şəriklilik modeli (Mudaraba, Muşaraka)

İslam bankçılığı və maliyyəsinə əsaslanan ticarət modeli (Murabaha, Musavama, Salam və İstisna)

İslam Bankçılığı və Maliyyəsinin icarə əsaslı formaları

İslam sığortası (Təkaful)

İslam qiymətli kağızları (Sukuk)

İslam bankçılığı və maliyyəsində risklərin idarəolunması.

Qiymətə hər gün iki dəfə çay-kofe, nahar, tərkibində İslam maliyyəsi üzrə 60 kitab, 500 təqdimat və tədqiqat məqalələri olan xüsusi CD və çap şəklində oxu materialları daxildir.

 

Təlimin proqramı

ƏSAS MÖVZULAR ALT MÖVZULAR

Faiz və onun aradan qaldırılması:

> Faiz nədir? Faizin İslamda qadağası; > Faizin növləri: * Gecikmə Faizi (Riba al-Nasi’ah); * İzafiFaiz (Riba al-Fadl); * Müasir Bank və Maliyyə Sektorunda Faiz.

İslam İqtisadiyyatı:

> İslam İqtisadi sisteminə giriş; * İslam iqtisadiyyatında torpaq, əmək, əməkhaqqı və sahibkarlıq hüququ; * İslam iqtisadyyatı ilə Kapitalizm və Sosializm sisteminin müqayisəsi.

Azərbaycanda İslam Bankçılığı və Maliyyə sektoru:

> İslam Bankçılığı və Maliyyəsinə giriş;
* Qlobal İslam Bankçılığı və Maliyyə sisteminə baxış; * Azərbaycanda İslam Bankçılığı və Maliyyə (potensial və gələcək imkanlar);
* İslam hüququ baxımından İslam Bankçılığı və Maliyyəsi.

İslam bankçılığı və maliyyəsinə əsaslanan şəriklilik modeli (Mudaraba,Muşaraka)
> Mudaraba * Mudarabanın əsas qaydaları və xüsusiyyətləri;
* Mudarabada gəlir və ziyanın paylaşılması.
> Muşaraka * Muşarakanın əsas qaydaları və xüsusiyyətləri;
* Muşarakada gəlir və ziyanın paylaşılması.
> Azalan muşaraka * Azalan muşarakada kirayənin təyini;
* Azalan muşarakada vahid satış mexanizmi;
* Azalan Muşarakanın İslam ipotekası baxımından əhəmiyyəti.

İslam bankçılığı və maliyyəsinə əsaslanan ticarət modeli (Murabaha, Musavama, Salam və İstisna)

> İslam bankçılığında ticarət qaydaları və növləri * Ticarətin əsas növləri: (Murabaha, Salam, İstisna, Tavarruq, Musavamah Surf, İna, Tuliya, Vadia və.s.);

* Keyfiyyətə əsaslanan ticarət (Salah, Fasid, Batil, Maquf, Majul, Muqayyada, Muəccəl və.s.).

> Murabahanın əsas xüsusiyyətləri * Maliyyə aləti kimi
Murabaha;
* Murabaha əməliyyatının mərhələləri;
* Murbaha müqavilələrlində İslam hüququna uyğunluq və
rəsmisənədləşdirmə
* Beynəlxalq ticarətdə murabaha;
* Murabahanın tətbiqi istiqamətləri və digər aspektləri.

> Salam və İstisna * Əsas qaydalar;
* Salam və İstisna arasındakı fərqlər;
* Salam və İstisnanın tətbiqi məsələləri.

İslam Bankçılığı və Maliyyəsinin icarə əsaslı formaları

> İcarə (İslam lizinqi) * İcarənin qısa şərhi;
* İslam hüququ əsasında icarə ilə ənənəvi lizinqin fərqi
* İcarə (əməliyyat lizinqi) və ənənəvi liziniq (maliyyə lizinqi)
> İslam əsaslı icarə * İcarə məhsulları üçün hüquqi baza; *
İcarə müqavilələrinin əsas xüsusiyyətləri və əməliyyat
mexanizmi.
> İcarənin tətbiqi istiqamətləri və digər aspektləri * İcarənin
tətbiqi qaydaları;
* İcarə: maşın, avadanlıq və digər uzunmüddətli aktivlərin
maliyələşdirilməsi üçün ideal üsul.

İslam sığortası

(Təkaful)

> Təkafülün təqdimatı (İslam sığortası) * İslamiyyət dövründəki Təkafül; * Təkafülün əsas xüsusiyyətləri;
> Təkafülün sturukturu və fəaliyyət mexanizmi;
* Təkafülün strukturu;
* Təkafülün funksiyaları.
> Təkafülün hüquqi tənzimlənməsi; - Ənənəvi Sığorta və
Təkafüldə təşkilati prinsiplər, konseptual əsaslar,
qiymətləndirmə
Qanunvericilik, sahiblik, idarəetmənin təşkili və investisiya
cəlbi;

- Təkafülün hüquqi tənzimlənməsi üzrə tələblər.

İslam qiymətli kağızları (Sukuk) - Sukukun mexanizmi ve strukturu; - Sukukda ən son trendlər.

İslam bankçılığı və maliyyəsində risklərin idarə olunması

> Riskin mahiyyəti və onun idarəolunması yolları
* Riskin nəzəri əsasları və onun növləri;
* Törəmə, Future, Hedcinq, SWAP kimi üsulların istifadəsi; * İslami nəzərdən risklərin idarəedilməsi;
* İslamda risklərin idarəedilməsinin əsasları.
> İslam Bankçılığının risklərinin idarə olunması
* İslam Bankçılığı və Maliyyə alətlərində (sığortadan başqa) Riskin növləri: Kredit riski, ədalətlilik riski, bazar riski, likvidlik risk