İqtisadi Resursların Öyrənilməsi Mərkəzi (SER), Türkiyənin İslam Bankları Birliyinin (TKBB) birgə təşkilatçılığı “Faizsiz bankacılık uygulamaları” üzrə Beynəlxalq Sertifikatlı, ödənişsiz onlayn təlim Proqramını elan edir!
Treyninqin keçirilmə tarixləri: 19, 20, 21, 26, 27, 28 Noyabr, 2020-ci il
Treyninqin müddəti: 22 saat (2 həftə - hər həftənin c.axşamı, cümə və şənbə günləri olmaqla saat 11.00 - 17.00 arası)
Treyninqin məqsədi: Azərbaycanda İslam bankçılığı, sığortası və istiqrazları (sukuk) sahəsində mütəxəssislərin hazırlanmasıdır.
Treyninqin dili: Türkiyə türkçəsi
Son qeydiyyat tarixi: 13 Noyabr, 2020-ci il, saat 18:00
Təlim Ödənişsizdir!
Spikerlər və mövzular haqqında: https://bit.ly/368nPxM
SERTİFİKAT: İştirakçılara dərslərdə iştirak etdikləri halda Türkiyə Katılım Bankalar Birliyinin Beynəlxalq dərəcəli müvəffəqiyyət (Başarı) SERTİFİKATI onlayn olaraq təqdim ediləcəkdir.
Qeyd: Bu Sertifikat beynəlxalq səviyyədə tanınır. Nəzərinizə çatdıraq ki, sonda sertifikat almaq üçün təlim dərslərinin minimum 70 %-də iştirak məcburidir.
Tədbirin keçirilmə metodu: Treyninq Türkiyəli bank mütəxəssisləri tərəfindən “Microsoft Teams” portalı üzərindən onlayn olaraq mühazirələr, slayd-şou və multimedia təqdimatı, qrup müzakirələri və təcrübə mübadiləsi şəklində keçiriləcəkdir.
Qeydiyyat https://forms.gle/iz5fkacgzXADRzjUA linki vasitəsi ilə aparılır. Təlimdə iştirak Təşkilat komitəsi tərəfindən qeydiyyat ərizəsində verilən cavablara (xüsusilə də müraciət məqsədini bildirən istək yazısına) əsasən seçiləcəkdir. Qeyd edək ki, yerlər məhduddur!
Əlavə məlumat üçün:
077 767 24 67;
(012) 432 71 75
E-mail: office.iroib@gmail.com