19 noyabr, 2020-ci il tarixində başlamış və 28 noyabr tarixində bitəcək “Faizsiz Bankacılık Uygulamaları” mövzusunda onlayn beynəlxalq sertifikat proqramı davam edir. Sözügedən proqramda bank, sığorta, mikromaliyyə təşkilatlarından və eləcədə universitet müəllimləri və tələbələrdən ibarət 25-ə yaxın şəxs iştirak edir.
Treyninq İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin (SER) təşkilatçılığı ilə Türkiyə İştirakçı Banklar Birliyinin (TKBB) Türkiyədən olan təlimçiləri tərəfindən həyata keçirilir.
Treyninqin keçirilməsində məqsəd Azərbaycanda İslam bankçılığı, maliyyəsi və sığortası sahəsində mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır.
Təlimdə giriş sözü ilə çıxış edən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin (SER) sədri Ruslan Atakişiyev, Türkiye Katılım Bankalar Birliyinin (TKBB) baş katibi Osman Akyüzə belə bir treyninqin azərbaycanlı iştirakçılar üçün ödənişsiz keçirilməsinə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirmişdir.
Qeyd edək ki, təlimin sonunda iştirakçılara Türkiyə İştirakçı Banklar Birliyinin Beynəlxalq dərəcəli sertifikatı veriləcəkdir.