19, 20, 21, 26, 27, 28 Noyabr, 2020-ci il tarixlərində İqtisadi Resursların Öyrənilməsi Mərkəzi (SER), Türkiyənin İslam Bankları Birliyinin (TKBB) birgə təşkilatçılığı “Faizsiz bankacılık uygulamaları” üzrə Beynəlxalq Sertifikatlı, ödənişsiz onlayn təlim Proqramı keçiriləcək.
Treyninqin məqsədi Azərbaycanda İslam bankçılığı, sığortası və istiqrazları (sukuk) sahəsində mütəxəssislərin hazırlanmasıdır.
Təlim Ödənişsizdir!
SERTİFİKAT: İştirakçılara dərslərdə iştirak etdikləri halda Türkiyə Katılım Bankalar Birliyinin Beynəlxalq dərəcəli müvəffəqiyyət (Başarı) SERTİFİKATI onlayn olaraq təqdim ediləcəkdir.
Qeyd: Bu Sertifikat beynəlxalq səviyyədə tanınır. Nəzərinizə çatdıraq ki, sonda sertifikat almaq üçün təlim dərslərinin minimum 70 %-də iştirak məcburidir.
Tədbirin keçirilmə metodu: Treyninq Türkiyəli bank mütəxəssisləri tərəfindən “Microsoft Teams” portalı üzərindən onlayn olaraq mühazirələr, slayd-şou və multimedia təqdimatı, qrup müzakirələri və təcrübə mübadiləsi şəklində keçiriləcəkdir.